Ərdoğan Laçına gəldi - YENİLƏNİB 

11:17 28.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Laçına enib.

Hafta.az-ın məlumatına görə, o, Laçın Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.

Hafta.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.